İngiltərə

Premyer Liqada VAR səhvləri: “Liverpul”un “evini yıxıb”

Matçlardakı əsas insidentlərlə bağlı müstəqil komissiya 2023/24 Premyer Liqasında 31 VAR səhvini qeydə alıb.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Ən çox zərər çəkən isə “Liverpul” oldu – VAR hakimləri mersisaydlıların xeyrinə olmayan 4 səhv qərar verib.

“Vulverhempton” və “Brayton”a qarşı 3 səhv olub.

Komandanın xeyrinə səhv qərarlarda isə lider “Aston Villa”dır – 3. Üç səhv qərar da “Şeffild”in xeyrinə verilib, lakin eyni zamanda hakimlər komandanın əleyhinə də iki səhvə yol verib.

“Mançester Yunayted” və “Everton”un lehinə 2 yanlış VAR qərarı olub.

Aut.az