İngiltərə

Qəzəbləndi: Rodrisiz iki Premyer Liqa qazanmışam

“Mançester Siti”nin futbolçusu Bernardo Silva komandanın nəticələrinin ispan Rodridən asılı olması ilə bağlı sualı cavablandırıb.

Xatırladaq ki, 28 yaşlı yarımmüdafiəçi 2024-cü ilin sentyabrında çarpaz bağından zədə alıb, ondan sonra “Siti”nin oyununda eniş dövrü başlayıb.

“Rodrisiz iki Premyer Liqa qazandım. Mənim fikrimcə və bəlkə də çoxlarının fikrincə, “Mançester Siti”nin tarixinin ən yaxşı oyunçusu və Premyer Liqanın ən yaxşılarından biri olan Kevin De Bruyne, qazandığımız altı tituldan ikisində ən azı altı ayı zədəli keçirdi.

Deməli, bu bəhanə deyil. Ən azı ona görə ki, Rodrinin mövqeyində bu mövsüm ən yaxşı oyunçularımızdan biri Kovaçiç oynayır. Təbii ki, Rodri çox önəmlidir, dünyada onun kimi futbolçu yoxdur. Müdafiə və hücum qabiliyyətləri yüksəkdir. Bu mövqedə bütün bunları edən futbolçunu xatırlamıram.

Uğursuz çıxışlarımızın əsas səbəbi onun yoxluğu deyildi, müdafiəçilərimiz yox idi, fərdi olaraq bir az daha çox iş görməli idik” – Silvanın sözlərini “City Xtra” sitat gətirib.

Aut.az