İngiltərə

“Çelsi” 3 ildə 250 milyon qazanıb: Nə satıblar?

Armando Brojanın “Bernli”yə keçidi o deməkdir ki, “Çelsi” cəmi üç il ərzində akademiya yetirmələrinin satışından 250 milyon funt-sterlinqdən çox gəlir əldə edib.

Aut.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bütün klublar kimi, “Çelsi” də Premyer Liqa və UEFA-nın maliyyə qaydalarına əsasən üç illik monitorinq müddətinə tabedir. Meyson Maunt (“Mançester Yunayted”ə 55 milyon funt-sterlinq), İan Maatsen (“Aston Villa”ya 37,5 milyon funt-sterlinq), Konor Qallaher (“Atletiko Madrid”ə 34 milyon funt-sterlinq) və Lyuis Holl da (“Nyukasl”a 28 milyon funt-sterlinq) daxil olmaqla, akademiya məzunlarının əsas satışları “Çelsi”yə maliyyə qaydalarına riayət etməsi üçün çox vacib olub.

Ümumilikdə, klub son üç mövsümdə akademiya oyunçularının satışından 251,2 milyon funt-sterlinq qazanıb,

Bununla belə, hətta bu, iki otel və qadın komandasının satışı da “Çelsi”nin maliyyə qaydalarına əməl etməsini təmin etmək üçün kifayət deyil.

Xatırladaq ki, bu sövdələşmələr Premyer Liqa tərəfindən bəyənilsə də, UEFA-nın maliyyə reqlamenti tərəfindən rədd edilib. Nəticədə “Çelsi” 26,7 milyon funt-sterlinq cərimə olunub. Klub gələcək mövsümlərdə qaydalarına əməl etməsə, bu cərimə 51,2 milyon funt-sterlinqə qədər arta bilər.

Aut.az