“Mançester Yunayted” bu mövqeyə futbolçu axtarır: Siyahıda görün kimlər var
2025-ci ildə “Mançester Yunayted” üçün prioritet sol cinah müdafiəçisi transfer etmək olacaq.
Aut.az xəbər verir ki, “Milan”ın müdafiəçisi Teo Ernandes İngiltərə klubunun qısa siyahısındadır. Bu barədə jurnalist Floryan Plettenberq məlumat yayıb.
“Bavariya”dan Alfonso Deyvis “Mançester Yunayted”in əsas hədəfi olaraq qalır. Lakin mənbənin qeyd etdiyi kimi, “Real”ın da maraqlandığı kanadalı futbolçunu transferini təşkil etmək çətin olacaq.
Bundan əlavə, “Mançester Yunayted” “Vulverhempton”un müdafiəçisi Rayan Ait-Nurini yaxından izləməyə davam edir.
Aut.az
