Ançelotti Mbappenin qol vurmamasından narahatdır? – Sonuncu dəfə 2 həftə əvvəl fərqlənib
“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın hücumçusu Kilian Mbappenin La Liqada qol vurmaması ilə bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, o, buna görə narahat olmadığını bildirib:
“Üzərində işləyir. Uyğunlaşma prosesi yaxşı gedir. Sonuncu dəfə avqustun 14-də qol vurmuşdu. Cəmi 2 həftə keçib. Narahat olacaq bir şey yoxdur. Nə o, nə də biz. Mbappe qol vurmaq istəyir, bu aydındır. O da qol vuracaq”.
Qeyd edək ki, Kilian bu yay “Real”a azad agent statusu ilə transfer olunub. Bu mövsüm 25 yaşlı forvard La Liqada 2 oyun keçirib. Avqustun 29-da Madrid klubu səfərdə “Las Palmas”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23.30-da başlayacaq.
Aut.az
