Azərbaycan futbolu

Azərbaycanın minifutbol komandalarının Çempionlar Liqasındakı rəqibləri bəlli oldu

Bu gün minifutbol üzrə Çempionlar Liqasının püşkü atılıb.

Aut az xəbər verir ki,  Azərbaycan komandaları “Birbaşa Bakı” və “AzNur”un da rəqibləri bəlli olub.

“Birbaşa Bakı” “BKMK Brno” (Çexiya), “Nottingem Livorno” (İtaliya) və “Orteqa Tvins Malaqa” (İspaniya) komandaları ilə eyni qrupda yer alıb.

“Aznur”un rəqibləri isə “Andezit” (Ukrayna), “Qalport Svieçe” (Polşa) və “Piopios Bayonne” (Fransa) kollektivləri olub.

Qeyd edək ki, Çempionlar Liqası sentyabrda Polşanın paytaxtı Varşavada gerçəkləşəcək.