Azərbaycan futbolu

“Qarabağ” millimizin üzvü ilə müqavilə imzaladı – RƏSMİ

“Qarabağ” Bəhlul Mustafazadə ilə yeni müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə anlaşma daha 3 il müddətinə uzadılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan milli komandasının üzvü 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək.