“Siti” onu “Barsa”ya hazırdır: Bu məbləğə
“Barselona” “Mançester Siti”nin 30 yaşlı sağ cinah müdafiəçisi Joao Kanselonu almaqda maraqlıdır.
Aut.az xəbər verir ki, Kataloniya klubu onun transferi üçün təxminən 20 milyon avro təklif edir. Bu barədə “Manchester Evening News” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “şəhərlilər” portuqaliyalı futbolçu ilə yolları 25 milyon avro qarşılığında ayırmağa hazırdırlar.
Ötən mövsüm müdafiəçi icarə əsasında “Barsa”da çıxış edib. O, bütün yarışlarda 42 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Aut.az
