Bu ölkə şok xəbərlə sarsıldı: 11 yaşlı uşağı futbol oynayarkən bıçaqladılar
Bu gün, avqustun 18-də səhər saatlarında İspaniyada şok hadisə yaşanıb.
Aut.az xəbər verir ki, Mosexan şəhərində naməlum şəxs futbol meydançasında 11 yaşlı uşağa bıçaqla hücum edib.
“Marca”nın məlumatına görə, İspaniya vaxtı ilə saat 10:00 radələrində uşaqlar “Angel Tardio” stadionunda futbol oynayarkən, naməlum şəxs meydançaya daxil olaraq uşağı bıçaqlayıb. Kastilya-La-Mança fövqəladə hallar xidməti yaralı uşağı reanimasiya şöbəsinə təxliyə etmək üçün helikopter də göndərsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, Mülki Qvardiya cinayətin günahkarını tapmaq üçün artıq bütün şəhərə bir neçə bölmə yerləşdirib.
ABC-nin məlumatına görə, hücum edən şəxs boz rəngli “Ford Mondeo” markalı avtomobillə qaçıb. Bundan əlavə, müəssisədə uşağın ölümünə səbəb olan şəxsin müəyyən edilməsini asanlaşdıran bir neçə kamera da var.
Aut.az
