Dünya futbolu

Azarkeşlər meydana girdi, məşqçi qovdu – Amma futbolçular qayıtmadı

“Havr”ın baş məşqçisi Luka Elsner “Dijon”la oyunda azarkeşlərə qəzəblənib.

Aut.az xəbər verir ki, komanda “Dijon”u 1:0 hesabı ilə məğlub etdi. Bu qələbə “Havr”a çempionluğu təmin edib və komanda elitaya vəsiqə qazanıb.

Matçın bitməsinə 30 saniyə qalmış meydan sahiblərinin  azarkeşləri meydançaya axışıblar. Bu zaman baş məşqçi onlardan qəzəblə tələb edib ki, meydançanı tərk etsinlər. O, komandanın cəzaya məruz qalacağından qorxub.

Azarkeşləri erandan çıxarmaq üçün 15 dəqiqə lazım gəlib. Oyun formal olaraq davam etdirilib, amma “Dijon”un futbolçuları meydana qayıtmayıblar.

“Havr” son 14 ildə ilk dəfə elitaya vəsiqə qazanıb.

Aut.az