“Real” onun qiymətini xeyli “öldürüb”
“Borussiya” Cud Bellinqemin transferi üçün istədiyi məbləği ala bilməyəcək.
Aut.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi “Real”a keçməyə yaxındır. “Bild”in jurnalisti Kristian Falkın sözlərinə görə, Dortmund klubu futbolçunun transferi üçün təxminən 150 milyon avro almaq istəyib, lakin daha aşağı məbləğlə razılaşmaq məcburiyyətində qalıb.
“Borussiya” yalnız 100 milyon avro sabit ödəniş və üstəgəl, 20 milyon avroya yaxın mümkün bonuslar alacaq. Gözlənilən 150 milyon avronu almaq mümkün olmayıb. Çünki Bellinqemin müqaviləsinin bitməsinə cəmi iki il qalıb.
Tərəflər arasında müzakirələr qarşılıqlı hörmət əsasında aparılır.
Həmçinin dizindəki problemlərə görə Bellinqemin yaxın vaxtlarda əməliyyat olunacağı gözlənilir. Ona xroniki bursit diaqnozu qoyulub”, – Falk yazıb.
Aut.az
