“El klasiko”da meydana çıxan ən “qoca”
“Real”ın yarımmüdafiəçisi Luka Modriç ” Barselona” ilə La Liqa matçında iştirak edib və komandasının 2:1 hesablı qələbə qazanmasına kömək edib.
Xorvatiyalı yarımmüdafiəçi 38 yaş 47 günlükdə meydana çıxıb. Bununla da, Modriç “El klasiko” tarixinin ən yaşlı iştirakçısı olub.
Rekord daha əvvəl 1986-1997-ci illərdə Madrid komandasında çıxış edən və 1996-cı il fevralın 10-da 38 yaş 38 günlükdə “El klasiko”da iştirak edən qapıçı Fransisko Buyoya məxsus idi.
Aut.az
