“Bunu görmək ağırdır, amma həqiqətdir”
“Mançester Yunayted”in sabiq hücumçusu Dimitar Berbatov klubun son nəticələrini şərh edib.
“Bu bir faktdır: “Yunayted” “Siti”ni təqib edir. Başqa cür deyə bilməzsən. Rollar dəyişdi. Bunu görmək hər kəs üçün ağırdır, amma həqiqətdir.
Görək Xosep Qvardiola gedəndən sonra necə olacaq. “Siti” eyni səviyyədə davam edə biləcəkmi?
“Yunayted” bu fərqi mümkün qədər tez bağlamağa çalışmalıdır, əks halda bir müddət liqanı qazanmamaq riskimiz var. “Mançester Yunayted”in son titulundan 10 il keçir və biz “Liverpul” kimi olmaq təhlükəsi qarşısındayıq. Bu, böyük fəlakət olardı”, – deyə Berbatovun sözlərini “Sportskeeda” nəşri sitat gətirib.
Xatırladaq ki, bu gün, oktyabrın 29-da Premyer Liqanın növbəti turu çərçivəsində “Mançester Yunayted” “Mançester Siti”ni qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Aut.az
