Fasilədə futbolçularına nə deyib?
“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 11-ci turunun “Barselona” ilə oyununda (2:1) fasilə zamanı futbolçularına nə dediyini açıqlayıb.
“Mən onlara dedim ki, bu oyunu uduzmaq olar, amma uduzsaq da, başqa cür oynamalıyıq.
Təkbətək mübarizələrdə daha aqressiv olmalıyıq. İkinci hissədə gördüklərimə əsasən, onlar dediklərimlə razılaşdılar”, – Ançelotti klubun rəsmi saytına bildirib.
Birinci hissədən sonra “Barselona” 1:0 hesabı ilə qalib gəlib. İkinci hissədə “Real” iki qol vuraraq, qələbə qazanıb.
Hazırda İspaniya çempionatının turnir cədvəlinə 28 xalla “Real” başçılıq edir. “Barselona” isə 24 xalla üçüncü pillədə qərarlaşıb.
Aut.az
