Modriç qol vurdu, “Real”ın tarixinə düşdü
“Real”ın yarımmüdafiəçisi Luka Modriç İspaniya çempionatının 12-ci turunun “Valensiya” ilə matçında (2:1) qol vurmaqla tarixə düşüb.
Aut.az xəbər verir ki, o, klub tarixinin ən yaşlı qolçusu olub. O, buna 39 yaş 116 günlüyündə fərqlənməklə nail olub.
O , 1966-cı ildə 39 yaş 15 gün olarkən “Real” forması ilə qol vuran Ferens Puşkasın rekordunu qırıb.
Qeyd edək ki, 43 xalı olan Madrid klubu La Liqanın turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.
Aut.az
