Digər

Atasını da xilas etdilər

“Liverpul”un hücumçusu Luis Diasın atası da xilas edilib.

Aut.az xəbər verir ki, bu barədə “Mirror” Kolumbiya mətbuatına istinadən məlumat yayıb.

Bildirilir ki, atışma nəticəsində futbolçunun atasını qaçıran dörd nəfərdən ikisi ölüb. Mənbənin məlumatına görə, qaçıranlar girovu qonşu ölkəyə aparmaq niyyəti ilə Kolumbiya-Venesuela sərhədinə getməyi planlaşdırıblar.

Amma Luis Diasın atasının hücumçuların əlindən xilas edildiyi hələ ki, rəsmi təsdiqlənməyib.

Xatırladaq ki, mediada yayılan məlumatlara görə, Diasın valideynləri Quahira departamentindəki Barrankas şəhərində qaçırılmışdılar.

Daha əvvəl futbolçunun anasının xilas edildiyi bildirilirdi.

Aut.az