Digər

Dördüncü dəfə dünya rekordunu qırdı

İkiqat Olimpiya çempionu Qretxen Uolş 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə dünya rekordunu yeniləyib.

Aut.az xəbər verir ki, ABŞ-ın Florida ştatının Fort-Loderdeyl şəhərində keçirilən “TYR Pro Swim Series” turnirində 23 yaşlı üzgüçü finalda məsafəni 54,33 saniyəyə qət edib. O, bir il əvvəl elə həmin məkanda müəyyən etdiyi rekordunu 0,27 saniyə yaxşılaşdırıb.

Uolş bununla karyerasında dördüncü dəfə dünya rekordunu yeniləyib. O, 2024-cü ilin iyununda Olimpiya seçmə yarışlarında Sara Şöströmün 55,48 saniyəlik rekordunu qıraraq 55,18 nəticə göstərmişdi. Daha sonra 2025-ci ilin mayında TYR Pro Swim Series yarışında bu göstəricini 55,09 saniyəyə endirmişdi.

Aut.az