Dünya futbolu

“Ludoqorets”i də taxtdan saldılar – Son 15 ildə ilk dəfə

Bolqarıstan çempionatında sona beş oyun qalmış “Ludoqorets” qızıl medal qazanmaq şansını itirib.

Aut.az xəbər verir ki, 32-ci turda “CSKA 1948” üzərində 1-0 hesablı qələbədən sonra Levski Sofiya” ilə son 14 mövsümün çempionu arasındakı fərq 16 xala çatıb.

Beləliklə, “Levski” 2009-cu ildən bəri ilk dəfə və klub tarixində 27-ci dəfə Bolqarıstan çempionu olub. “Ludoqorets”in 2011/2012 mövsümü ilə 2024/2025 mövsümü arasında ardıcıl olaraq qazandığı 14 titul seriyası qırılıb.

“Ludoqorets” dünyada milli çempionatda ən uzun qələbə seriyasına malikdir. 2025/2026 mövsümündə klub 80 illik yubileyini qeyd edir.

Aut.az