Dünya futbolu

Messini buraxın, onun heyrətamiz ötürmələrinə baxın – VİDEO

“İnter Mayami” “Kruz Asul” oyununda hər kəs Messinin vurduğu qoldan danışır.

Leonun qolu həqiqətən də möhtəşəm alındı. Amma meydanda daha bir nəfərin də əməyi vardı. Söhbət Serji Busketsdən gedir.

O, Messidən bir neçə dəqiqə sonra meydana çıxdı. Çıxmağı ilə də oyuna nəzarəti tam ələ keçirdi. Onun Messiyə verdiyi ötürmələrə heyrətlənməmək mümkünsüz. Sanki heç ayrılmayıbmışlar.

Busketsin o heyrətamiz ötürmələrinə bir daha baxın: