“Mançester Yunayted” “Arsenal”ı məğlub etdi
2023/2024 mövsümünə hazırlıqlarını ABŞ-də davam etdirən “Mançester Yunayted” və “Arsenal” yoldaşlıq oyununda üz-üzə gəlib.
Aut.az xəbər verir ki, Şərqi Ruterforddakı “MetLife” stadionunda baş tutan görüş “qırmızı şeytanlar”ın qələbəsiylə başa çatıb – 2:0.
“Mançester Yunayted”in qollarını Bruno Fernandes və Ceydon Sanço vurub. Əsas vaxt mütləq qələbə ilə başa çatsa da, komandalar penaltilər seriyasını da oynayıblar. Son zərbələrdə də “Arsenal” uğursuz olub və uduzub – 3:5.
