İngiltərə

Sakadan “Arsenal”a bəd xəbər

“Arsenal”ın hücumçusu Bukayo Saka zədələndiyi üçün qarşıdakı oyunlarda iştirak edə bilməyəcək.

Aut.az xəbər verir ki, o, Premyer Liqanın 2-ci turunda “Lids”ə qarşı keçirilən (5:0) matçda xəsarət alaraq ikinci hissənin əvvəlində əvəzlənib. “BBC Sport”un məlumatına görə, 23 yaşlı cinah oyunçusu arxa bud əzələsindəki zədəyə görə dörd həftəyədək yaşıl meydanlardan kənarda qalacaq.

“Arsenal” avqustun 31-də “Liverpul”la keçiriləcək oyunda Sakanın xidmətindən yararlana bilməyəcək. Futbolçu həmçinin İngiltərə yığmasının sentyabrda DÇ-2026-nın seçmə mərhələsində Andorra və Serbiyaya qarşı keçirəcəyi görüşləri də buraxacaq.

“Arsenal”ın kapitanı Martin Odeqaardın durumu isə fərqldiri. Çiynindən aldığı zədələnən norveçlinin “Liverpul”a qarşı matçda iştirakı sual altındadır.

Aut.az