Təxribat: Mətbuat konfransına bu forma ilə gəldi, qovdular – FOTO
“Tottenhem”in baş məşqçisi Angelos Postekoğlunun “Lester”ə qarşı mövsümöncəsi oyundan əvvəl keçirilən mətbuat konfransında təxribat yaşanıb.
Aut.az xəbər verir ki, Tailandda keçirilən mətbuat konfransında təxribatı jurnalist törədib.
O, konfrans zalına “Bavariya” forması ilə daxil olub. Formanın üzərində isə “Tottenhem”in futbolçusu Harri Keynin adı yazılıb.
Sonradan aydınlaşdırılıb ki, Maks Şarader “Bild” nəşrinin əməkdaşıdır. Onun bu təxribatı cavabsız qalmayıb, jurnalisti zaldan qovublar.
Qeyd edək ki, “Bavariya”nın Keyni transfer etmək istədiyi bildirilir. “Tottenhem” Münhen nəhənginin ilk iki təklifini geri çevirib.

