“Çelsi” azarkeşinə 3 il cəza verildi: Salama görə
“Çelsi” azarkeşlərindən biri uzunmüddətli qadağa alıb.
Aut.az xəbər verir ki, bu barədə London polisinin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, 6 noyabr 2023-cü ildə Premyer Liqanın 11-ci turunun “Tottenhem”lə səfər matçında (4:1) nasist salamı verən azarkeşə cəza verilib. “Aristokratlar”ın azarkeşi üç il oyunlarda iştirak edə bilməyəcək. Məhkəmə azarkeşi cərimə ödəməyə də məcbur edib.
“Məhkəmə “Çelsi” Futbol Klubunun azarkeşini ictimai asayişi irqi motivli şəkildə pozmaqda təqsirli bilib”, – deyə London polisinin mətbuat xidməti bildirib.
Aut.az
