Ferqyuson “Old Trafford”dan birbaşa xəstəxanaya aparıldı
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson “Liverpul”la Premyer Liqa matçından əvvəl özünü pis hiss etdiyi üçün bu gün günortadan sonra xəstəxanaya yerləşdirilib.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, 84 yaşlı Ferqyuson yalnız ehtiyat tədbiri olaraq tibbi müşahidə altına alınıb. Onun tezliklə evə buraxılacağı gözlənilir.
“Mançester Yunayted”in tarixinin ən uğurlu məşqçisi olan Aleks Ferqyuson klubun həm evdə, həm də səfərdə keçirdiyi oyunları müntəzəm olaraq izləyir və “Liverpul”a qarşı həlledici oyundan əvvəl “Old Trafford”a gəlib.
Mənbənin məlumatına görə, Ferqyuson “Old Trafford” stadionunda keçiriləcək oyundan bir saat əvvəl xəstəxanaya aparılıb.
