22-ci dəfə çempion oldular
Kipr çempionu müəyyənləşib.
Aut.az xəbər verir ki, turnir cədvəlinin zirvəsində vaxtından əvvəl əlçatmaz olan “Omoniya” qızıl medalları təmin edib.
Qeyd edək ki, “Omoniya” 2021-ci ildən sonra ilk dəfə və ümumilikdə tarixində 22-ci dəfə Kipr çempionu olub. Bu göstəricidə yalnız 29 çempionluqla APOEL öndədir.
Son beş mövsümə nəzər salsaq, Kiprdə hər il fərqli komanda çempion olub: “Apollon” (2022), “Aris” (2023), APOEL (2024), “Pafos” (2025) və “Omoniya” (2026).
“Omoniya” çempionluq sayəsində 2026/2027 mövsümündə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.
