İngiltərə

Gündoğan qərarını verdi: Ayrılır?

“Mançester Siti”nin təcrübəli yarımmüdafiəçisi İlkay Gündoğan digər liqaların marağına baxmayaraq, klubdan ayrılmaq fikrində deyil.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat verib.

Yarımmüdafiəçi 2026-cı ilin yayında başa çatacaq müqaviləsinin sonuna qədər “Siti”də qalmağı planlaşdırır.

Ancaq qeyd edilir ki, bəzi klublar almanla əlaqə saxlamaqda davam edir və ona cəlbedici maliyyə şərtləri təklif edirlər.

Aut.az