Bu oyunun ABŞ-da keçirilməsinə Van Bastendən reaksiya: Komediyadır
Marko van Basten La Liqa oyununun ABŞ-da keçirilməsi qərarından məyusdur.
Aut.az xəbər verir ki, Niderland futbolunun əfsanəsi bunu şou adlandırıb:
“Lənət şeytana, niyə “Villarreal” – “Barselona” matçı ABŞ-da keçirilir? Nə baş verir? Bu, bir növ komediya şousudur?
Bu cəfəngiyatdır, fırıldaqdır! Mənə görə bu, La Liqanın tamamilə iflasa uğradığının sübutudur. UEFA buna son qoymalıdır. Bu, Avropa futbolunun təbiətinə ziddir”.
Aut.az
