İspaniya

Yamalın zədəsi nə vaxt sağalacaq?

“Barselona” hücumçu Lamin Yamalın tezliklə sağalacağına ümid edir.

Aut.az “Marca”ya istinadən xəbər verir ki, klub Yamalın İspaniya Superkubokunun yarımfinal mərhələsində keçiriləcək “Atletik”lə oyuna qədər hazır olacağını hesab edir. Qarşılaşma yanvarın 8-də Səudiyyə Ərəbistanında baş tutacaq.

Futbolçunun bərpası yaxşı gedir və bir neçə gündən sonra ümumi qrupla məşqlərə qayıtmalıdır. Buna baxmayaraq, klub ehtiyatlı davranmaq niyyətindədir.

Qeyd edək ki, 17 yaşlı futbolçu dekabrın 15-də La Liqanın 17-ci turunun “Leqanes”lə oyununda (0:1) topuq nahiyəsindən zədə alıb.

Aut.az