Türkiyə

Rusiyalı nazirin iddiasına Türkiyədən cavab gəldi

Türkiyə Futbol Federasiyasının mətbuat attaşesi Türker Tozar Rusiya millisi ilə mümkün oyunla bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qeyd edək ki, bu barədə Rusiya Federasiyasının idman naziri və Rusiya Olimpiya Komitəsinin prezidenti Mixail Deqtyarev məlumat vermişdi.

“Biz Rusiyanın idman nazirinin sözlərini gördük, lakin hazırda futbol federasiyalarımız arasında heç bir əlaqə yoxdur. Ola bilsin ki, idman nazirlikləri və digər yuxarı qurumlar səviyyəsində söhbətlər gedir. Ona görə də hələlik belə bir məlumatı şərh edə bilmərik.

Martda matç mümkündürmü? Yalnız 2025-ci ilin iyununda iki sərbəst günümüz var”, – Tozar Sport24-ün müxbiri Vladislav Şapiro ilə söhbətində deyib.

Aut.az