Milli üzvü ilə yeni müqavilə imzaladı
Aut.az xəbər verir ki, İstanbul təmsilçisi Yunus Akgünlə sözləşmənin müddətini uzadıb. Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
22 yaşlı vinger 2026-cı ilin yayına kimi “sarı-qırmızılar”a məxsus olacaq.
Qeyd edək ki, Yunus Akgün “Qalatasaray”ın yetirməsidir. Türkiyə millisinin üzvü cari mövsümdə “cim bom”un heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
