Dünya cempionatı

Ukraynalı tək idi, bu da qoşuldu

DÇ-2022-in 1/8 finalında Mərakeş İspaniya ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatıb. Penalti seriyasında mərakeşlilər qalib gəlib – 3:0.

Aut.az xəbər verir ki, mərakeşli qapıçı Bono dünya çempionatları tarixində penaltilər seriyasında qol buraxmayan ikinci qapıçı olub. Birincisi isə ukraynalı Aleksandr Şovkovskidir. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında Ukrayna İsveçrəni penaltilər seriyasında məğlub edərək dünya çempionatının 1/4 finalına yüksəlmişdi. Şovkovski isə penalti seriyasında qol buraxmamışdı.

Mərakeşə qələbə gətirən son penaltini Əşrəf Həkimi vurub. İspaniya yığmasında Pablo Sarabia, Karlos Soler və Serxio Buskets fərqlənə bilməyiblər.

Aut.az