Satmağa peşman olublar: Qaytarmaq istəyirlər
İtaliyanın “Yuventus” klubu “Liverpul”un cinah oyunçusu Federiko Kyezanı yenidən heyətə cəlb etmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin sözlərinə görə, turinlilər italiyalını 2024-cü ilin yayında satmağa tələsdiklərini düşünür. Klub rəhbərliyi “Yuventus”da oynamaq təcrübəsi olan Kyezanın “qoca sinyora”nı gücləndirəcəyinə inanır. Turin klubu futbolçunu qış transfer pəncərəsində icarəyə götürməyə çalışacaq.
“Transfermarkt” internet portalı 27 yaşlı Kyezanın transfer dəyərini 22 milyon avro qiymətləndirir. İtalyan futbolçu “Liverpul”a 2024-cü ilin yayında “Yuventus”dan 12 milyon avroya keçib. Cinah müdafiəçisinin mersisaydlılarla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Bu mövsüm Kyeza “Liverpul”un heyətində bütün yarışlarda 4 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
Kyezanın “Liverpul”dan ayrılmaq istədiyi daha əvvəl bildirilmişdi.
Aut.az
