İttihamlara reaksiyası: Bizi yer üzündən silmək istəyirlər
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatının bir sıra klublarının “şəhərlilər”in liqanın maliyyə qaydalarını pozduğuna görə ağır cəzaya məruz qalmasını istəməsi ilə bağlı məlumatı şərh edib.
Xatırladaq ki, bu iş üzrə məhkəmə prosesi bu həftə başlayıb.
“Mən həmişə klubumu qorumağa çalışıram, xüsusən də belə günlərdə. Deyəsən, hamı bizim Premyer Liqadan qovulmağımızı gözləyir, yer üzündən silinməyimizi istəyir.
Demək istərdim ki, rəqiblərimizə nisbətən uğurlu günlərimiz bir qədər çox olub, ona görə də qalib gəlirik. Hər şey bu qədər sadədir”, – deyə Qvardiolanın sözlərini “Daily Mail” sitat gətirib.
Aut.az
