İngiltərə

“Yunayted”in ulduzu onu ağır ittiham edən fanata belə cavab verdi

“Mançester Yunayted” azarkeşlərindən biri sosial şəbəkələrdə Rasmus Hoylanda qarşı ağır ittiham irəli sürüb.

Aut.az xəbər verir ki, fanat bunları yazıb:

“Hoyland bu kluba yalnız Ten Haq ilə eyni agentlikdə işlədiyi üçün gəldi, futbol qabiliyyətinə görə deyil. İnsanlar bunu bilirlər, amma yenə də onu mütləq özünü göstərəcək bir istedad hesab edirlər. O, bu əsrin ən böyük futbol qalmaqalının bir hissəsidir. 72 milyon”.

Danimarkalı hücumçu Rasmus Hoyland İnstaqram paylaşımının müəllifinə bu mesajı yazıb:

“Salam, mən sizin yazınızı bir az narahatedici hesab edirəm. Fikrinizi bildirmək hüququnuz var, amma heç nə bilmədiyiniz şeylər haqqında danışmağı dayandırın. Hamısı budur”.

Aut.az