İngiltərə

De Xea da onlardan təklif aldı

“Mançester Yunayted”lə müqaviləsi iyunun 30-da başa çatan ispan qapıçı David de Xea Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan təklif alıb.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Mənbənin məlumatına görə, “Əl-Nəsr” 32 yaşlı de Xeaya həftəlik 290 min avroya qədər maaş verməyə hazırdır.

“Mançester Yunayted”də qapıçı həftədə 403 min avro alırdı. Mankunianların təklif etdiyi yeni razılaşmaların şərtlərinə görə, de Xeanın maaşı xeyli azaldılıb.

Daha əvvəl bildirilmişdi ki, “qırmızı şeytanlar” ispaniyalının müqaviləsinin başa çatmasına baxmayaraq, De Xeanın hələ də yeni kluba keçməməsini tələb edir. “Mançester Yunayted” bu yay başqa bir qapıçı ala bilməsə, onu ehtiyat oyunçu kimi saxlamaq istəyir.

Aut.az