Dünya futbolu

Onlarla danışıb, dincəlməyə gəlmirlər

“İnter Mayami”nin yeni baş məşqçisi Xerardo Martino Lionel Messi və Serxio Busketslə danışıb.

“Dünyanın ən böyük futbolçusunun bu liqada oynamağa qərar verməsi, şübhəsiz ki, onun böyüməsi üçün daha çox potensial açacaq.

Artıq Lionel və Serxio ilə danışmışam. Müzakirə etdik ki, görüləcək çox iş var. Biz ciddi səviyyədə yarışmaq istəyirik.

Bəzən ABŞ və Mayamini istirahət yerləri kimi düşünürlər, lakin bu bizim üçün deyil. Messi və Buskets bura dincəlməyə gəlməyiblər”, – deyə Martino mətbuat konfransında bildirib.

Aut.az