Dünya futbolu

Messinin oğlu ilə bağlı bu xəbər saxta çıxdı

Lionel Messinin oğlu Tyaqo Messinin MLS U-13 kubokunda “İnter Mayami”nin heyətində 11 qol vurması ilə bağlı məlumatın saxta olduğu üzə çıxıb.

Aut.az xəbər verir ki, bu xəbəri bir çox KİV, o cümlədən İspaniyanın məşhur idman saytı “Marca” dərc edib. Florida təmsilçisinin “Atlanta Yunayted”i 12:0 hesabı ilə məğlub etdiyi, Leo Messinin 12 yaşlı oğlunun 12, 27, 30, 35, 44, 51, 57, 67, 76, 87 və 89-cu dəqiqələrdə qol vurduğu bildirilir.

Lakin reallıqda bu məlumat saxtadır və əvvəlcə uydurma, çılğın yazıların dərc edilməsində ixtisaslaşan hesab tərəfindən yayılıb. 13 yaşadək futbolçulardan ibarət futbol matçları 90 dəqiqə davam etmir. Bu görüşlər 50 dəqiqədən ibarət olur. Eyni zamanda “İnter Mayami” U-13 komandası bu mövsüm “Atlanta “Yunayted”in U-13 ilə qarşılaşmayıb.

Heybət

Messinin oğlu ilə bağlı bu xəbər saxta çıxdı