Dünyanın ən yaxşısı kimdir? – Bekhem də mövqeyini açıqladı
Keçmiş futbolçu və “İnter Mayami”nin hazırkı sahibi Devid Bekhem klubun argentinalı hücumçusu Lionel Messini zamandan asılı olmayaraq dünyanın ən yaxşı oyunçusu hesab etdiyini bildirib.
Aut.az xəbər verir ki, Bekhemin sözlərini AS nəşri sitat gətirib.
“Düşünürəm ki, Messi dünyanın ən yaxşı oyunçusudur. Məncə, o, bütün zamanların futbolçusudur”, – Bekhem deyib.
Xatırladaq ki, “İnter Mayami” hazırda KONKAKAF Çempionlar Kubokunda çıxış edir. Komanda “Sportinq Kanzas Siti”ni məğlub edərək turnirin növbəti mərhələsinə – 1/8 finala yüksəlib və burada Yamaykanın “Cavalier” komandası ilə qarşılaşacaq. Argentinalı hücumçu Kanzas komandası ilə hər iki oyunda qol vurub.
Aut.az
