Dünya futbolu

 “Qızıl buts” – Bombardirlər siyahısında gözlənilməz lider var

Avropa ölkələrinin futbol çempionatlarında tut turu əvəz edir. Mövsümün bombardirləri də dəyişir.

Aut.az xəbər verir ki, “Qızıl buts” uğrunda mübarizədə hələ ki, gözlənilməz lider var. Estoniya çempionatında “Nimme Kalyu”nun heyətində 27 qol vuran estoniyalı Aleks Tamm bombardirlər yarışına başçılıq edir.

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland 10 qolla 2-ci pillədə qərarlaşıb (İngiltərə çempionatının əmsalı 2,0 olduğundan 20 xal).

Üçüncü yeri Latviyanın “Auda” klubunda çıxış edən braziliyalı Reginaldo Ramires və “KL Klaksvik”in farerli hücumçusu Paul Klettskard (hər birində 19 qol) bölüşürlər .

“Qızıl buts” mükafatı ölkə çempionatlarının sonunda mövsümün bombardirinə verilir. Yarışın qaydalarına əsasən, Avropanın ən yaxşı 5 liqasında (İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa) vurulan qollar 2-yə vurulur. UEFA reytinqində 6-21-ci yerləri tutan ölkələr üçün (Niderland, Portuqaliya, Belçika, Ukrayna və s.) əmsal 1,5-ə bərabər müəyyən edilib. Amma qalan liqalarda vurulan qollar (22-ci ölkədən) nominal dəyərlə hesablanır.

 “Qızıl buts” – Bombardirlər siyahısında gözlənilməz lider var

Aut.az