Dünya futbolu

Ronaldo qol vurdu, komandası ÇL-də qələbə qazandı

Asiya Çempionlar Liqasının 2024/2025 mövsümünün 2-ci turunun matçında “Əl-Nəsr” doğma meydanda “Ər-Rayyan”ı məğlub edib.

Aut.az xəbər verir ki, Ər-Riyadda keçirilən oyun 2:1 hesabı ilə Səudiyyə Ərəbistanı təmsilçisinin xeyrinə başa çatıb.

İlk hissənin sonlarında Sadio Mane hesabı açıb, 76-cı dəqiqədə isə Kriştiano Ronaldo cərimə meydançasında möhtəşəm zərbə ilə fərqlənib. Sonda Qətər klubunun heyətində Rocer Quedeş fərqlənib.

İki turdan sonra 4 xal toplayan “Əl-Nəsr” Asiya Çempionlar Liqasında növbəti oyununu oktyabrın 22-də səfərdə İranın “İstiqlal” komandasına qarşı keçirəcək.

Aut.az