Mourinyo “Bavariya”nın futbolçusunu istəyir
“Bavariya” portuqaliyalı müdafiəçi Rafael Gerreyronun mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. Futbolçu ilə müqavilənin uzadılmayacağı barədə tərəflər razılığa gəlib.
Aut.az xəbər verir ki, Portuqaliyanın “Record” nəşrinin məlumatına görə, onun növbəti klubu “Benfika” klubu ola bilər. Yay transfer pəncərəsində 32 yaşlı müdafiəçinin komandaya cəlb olunması nəzərdən keçirilir. “Qartallar”ın rəhbərliyi futbolçunu yüksək qiymətləndirir, lakin təklifin edilib-edilməyəcəyi hələ dəqiqləşməyib. Yayda Gerreyro azad agent kimi yeni klubuna imza ata bilər.
Qeyd edək ki, Rafael hələ doğma ölkəsində klub səviyyəsində çıxış etməyib. “Benfika”nın baş məşqçisi isə portuqaliyalı Jose Mourinyodur.
Aut.az
