Karyerası ilə bağlı müəmmalı açıqlama: Mənim üçün sondur
“Liverpul”un və Dortmund “Borussiya”sının sabiq baş məşqçisi Yurgen Klopp məşqçilik karyerasının perspektivlərindən danışıb.
Aut.az xəbər verir ki, Kloppun sözlərini ESPN GB sitat gətirib.
“Bu gün bir məşqçi kimi bu mənim üçün sondur. Mən öz istəyimlə işdən ayrılmadım, bu, ümumi qərar idi. Mən artıq dünyanın ən yaxşı klublarını çalışdırmışam”, – ESPN GB Kloppdan sitat gətirib.
Xatırladaq ki, Yurgen Klopp ötən mövsümün sonunda “Liverpul”dan ayrılmışdı. Məşqçi karyerası ərzində iki Almaniya çempionluğu, İngiltərə çempionatında və Çempionlar Liqasında qələbə də daxil olmaqla 13 titul qazanıb.
Aut.az
