“Siti” Rodriyə əvəzləyici tapdı: “Real”ın ulduzu
“Mançester Siti” “Real”ın uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes.net” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “şəhərlilər” 26 yaşlı futbolçunu çarpaz bağ zədəsi səbəbindən mövsümün sonuna qədər sıradan çıxan ispan yarımmüdafiəçi Rodrinin əvəzləyicisi kimi görür.
Bəzi mənbələrdə Valverdenin “Real”ın baş məşqçisi Karlo Ançelotti ilə münasibətlərindəki gərginliyə görə Madrid klubundan ayrılmaq istədiyi bildirir.
Qeyd edək ki, cari mövsümdə Federiko Valverde klub səviyyəsində 17 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” onun dəyərini 130 milyon avro qiymətləndirir.
Aut.az
