İngiltərə

Arbeloa Premyer Liqa klubu ilə danışıqlara başladı

“Real”ın sabiq baş məşqçisi Alvaro Arbeloa yaxın vaxtlarda “Fulhem”ə rəhbərlik edə bilər.

Aut.az xəbər verir ki, Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər hazırda ispaniyalı mütəxəssisin baş məşqçi təyin olunması ilə bağlı danışıqlar aparırlar.

Arbeloanın bu vəzifədə “Benfika” ilə anlaşan Marko Silvanı əvəzləməsi gözlənilir. Silva ötən mövsüm London təmsilçisi Premyer Liqada 11-ci olub.

Xatırladaq ki, Alvaro Arbeloa iyunun 9-da rəsmi olaraq Madrid klubundan ayrılıb. Onun yerinə Joze Mourinyonun gətiriləcəyi gözlənilir.