Premyer Liqa tarixində belə oyun olmayıb – VİDEO
“Mançester Yunayted” İngiltərə Premyer Liqanın 31-ci turunun matçında “Çelsi”yə 3:4 hesabı ilə uduzub.
Aut.az xəbər verir ki, 90+10 və 90+11-ci dəqiqələrdə Koul Palmerin vurduğu 2 qolla “qırmızı şeytanlar” məyusedici məğlubiyyətlə üzləşib. Mançester təmsilçisi Premyer Liqa tarixində 100 dəqiqəyə (99 dəqiqə, 17 saniyə) qədər hesabda öndə olub lakin matçdan məğlub ayrılan ilk komanda olub.
Palmer çempionat tarixində ən gec qələbə qolunu vuran (100 dəqiqə, 39 saniyə) futbolçu kimi tarixə düşüb.
