Almaniyaİspaniyaİtaliya

İtaliya nəhənglərindən gələn təklifləri rədd etdi: Bu klublarda oynamaq istəyir

Almaniya çempionu “Bayer Leverkuzen”in müdafiəçisi Conatan Ta İtaliya nəhəngləri – “Yuventus” və “İnter”in maraq dairəsinə düşüb.

Aut.az xəbər verir ki, lakin almaniyalı futbolçu hər iki klubun müqavilə təklifini rədd edib. O, İtaliyada oynamaq istəmir.

Conatan iki komandaya üstünlük verir: “Bavariya” və “Barselona”. Bundan başqa, futbolçu “Real”a keçmək variantını da istisna etmir.

Xatırladaq ki, Tanın “Bayer” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Müdafiəçi əczaçılarla müqaviləni yeniləməyi planlaşdırmır. Bu mövsüm Ta 17 oyun keçirib və o, yalnız 1 qol vura bilib.

Aut.az