FA bu əməllərinə görə Slotu cəzalandırdı: Cərimə də ödəyəcək
“Liverpul”un baş məşqçisi Arne Slot cəzalandırılıb.
Aut.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 15-ci turunun “Everton”la təxirə salınmış oyununda (2:2) davranışına görə iki oyunluq diskvalifikasiya edilib. Niderlandlı mütəxəssis eyni zamanda təxminən 80 min avro cərimə də ödəməli olacaq. Bu barədə İngiltərə Futbol Assosiasiyasının (FA) mətbuat xidməti məlumat yayıb.
46 yaşlı məşqçi matç başa çatdıqdan sonra hakimlərin ünvanına nalayiq davranışa və təhqiramiz sözlərə görə cəzalandırılıb. Mütəxəssis özü də günahını etiraf edib. Mersisaydlıların baş məşqçisi ilə yanaşı, onun köməkçisi Sipke Hulşof da diskvalifikasiya olunacaq.
Slot “Liverpul”un yarımmüdafiəçisi Körtis Cons və “Everton”un yarımmüdafiəçisi Abdulaye Dukur ilə birlikdə final fitindən sonra kütləvi davadan sonra qırmızı vərəqə aldılar. “Liverpul” və “Everton” da müvafiq olaraq 60 min avro və 78 min avro cərimələnib.
Aut.az
