Digər

Paris-2024: Medal sıralaması

Paris Yay Olimpiya Oyunlarında 6-cı yarış günü geridə qalıb.

Aut.az xəbər verir ki, Çin Paris Yay Olimpiya Oyunlarının medal sıralamasında liderdir. Çinlilərin artıq 9 qızıl medalı var.

Turnir cədvəlində ikinci yeri Fransa tutur. Yaponiya isə üçüncü pilləyə geriləyib.

Azərbaycan isə 1 qızıl medalla 23-cüdür.

Qeyd edək ki, qazanılan medalların sayına görə 2024-cü il Olimpiya Oyunlarının lideri ABŞ-dır – 30 mükafat.