Sensasion iddia: Onu qaytarırlar
“Bavariya”nın qapıçısı Manuel Noyer DÇ-2026-da Almaniya millisinə qayıda bilər.
Aut.az xəbər verir ki, “Bild”in məlumatına görə, Almaniya millisinin məşqçilər korpusu 38 yaşlı futbolçunun geri dönməsi imkanlarını nəzərdən keçirir.
Mənbənin sözlərinə görə, Noyerin mümkün qayıdışı “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin oyun formasından asılı olacaq. “Blauqrana”nın qapıçısı zədədən sonra yüksək formada çıxış etməsə, Manuelin yığmaya çağırılma şansı var.
Xatırladaq ki, Noyer 2024-cü ildə Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlamışdı.
Aut.az
