Noyerdən “Bavariya”ya jest: Bu şərtə razılaşdı
“Bavariya”nın qapıçısı Manuel Noyer klubla müqaviləsini uzatmaq üçün tam razılığa gəlib.
Aut.az xəbər verir ki, bu barədə “Sky Germany” məlumat yayıb.
Tərəflər 2027-ci ilin iyun ayınadək nəzərdə tutulan yeni müqavilə imzalayacaqlar. Bildirilir ki, 40 yaşlı alman qolkiper maaşında ciddi endirimi qəbul edib.
Hazırda o, bonuslar daxil olmaqla vergilər çıxılmadan illik təxminən 20 milyon avro qazanır.
Gözlənilir ki, müqavilənin rəsmiləşdirilməsi bu şənbə günü Bundesliqa çərçivəsində keçiriləcək və mövsümdə klubun son ev oyunu olacaq “Köln”lə qarşılaşmadan əvvəl yekunlaşacaq.
Aut.az
